Vaşinqton, 23 oktyabr, AZƏRTAC
ABŞ Rusiyanın iki ən böyük neft şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.
AZƏRTAC-ın məlumatına görə, xəzinədarlıq katibi Rusiya-Ukrayan müharibəsini pisləyərək bunun üçün lazım gələrsə, əlavə tədbirlər görməyə hazır olduqlarını deyib.
Sanksiya “Rosneft” və “Lukoyl”a, eləcə də onların törəmə şirkətlərinə qarşı tətbiq edilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton