AZ

ABŞ “Rosneft” və “Lukoyl”un ABŞ-dakı bütün aktivlərini dondurur –Yeni sanksiyalar

ABŞ Maliyyə Nazirliyi Moskvanı dərhal atəşi dayandırmağa və Ukraynadakı münaqişəyə son qoymaq üçün həqiqi danışıqlara başlamağa çağırır.

AzPost bildirir ki, bu barədə qurumun açıqlamasında deyilir.

Maliyyə naziri Bessent Rusiyaya qarşı sanksiayarın sərtləşdirildiyini elan edib.

“Rosneft” və “Lukoyl”un ABŞ-dakı bütün aktivləri, eləcə də onların 50% və ya daha çox paya sahib olduğu qurumların aktivləri dondurulacaq. Sanksiyalardan yayınmağa kömək edən ABŞ vətəndaşları cinayət məsuliyyətinə cəlb olunacaqlar. Sanksiyaların son məqsədi cəzalandırmaq deyil, davranışda müsbət dəyişikliklərə nail olmaqdır”, – Xəzinədarlıq Departamenti bildirib.

“Rusiya “ədalətli” şəkildə danışıqlar aparmır”, – ABŞ Maliyyə Naziri Bessent bildirib.

“ABŞ Avropa müttəfiqlərini, G7 ölkələrini, Kanada və Avstraliyanı sanksiyalara qoşulmağa çağırır”, – deyə əlavə edib.

AzPost.az

Seçilən
15
azpost.info

1Mənbələr