AZ

Tramp Putinlə görüşünü ləğv etdi

ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən münaqişənin sülh yolu ilə həllinə nail olmaq niyyətində olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, Tramp bu barədə NATO baş katibi Mark Rütte ilə görüşü zamanı danışıb. ABŞ lideri həmçinin Budapeştdə Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşünü ləğv etdiyini açıqlayıb.

“Biz Ukraynada müharibənin sülh yolu ilə həllinə nail olmaqda qərarlıyıq. Davamlı sabitlik yalnız diplomatik yolla mümkündür”, – deyə Tramp bildirib.

Tramp əlavə edib ki, Vaşinqton sülh prosesinin bərpası üçün diplomatik səyləri davam etdirəcək. 

 

Musavat.com

Seçilən
49
50
musavat.com

10Mənbələr