BAKI, 23 oktyabr. TELEQRAF
Nigeriyanın mərkəzi hissəsində, Niger ştatında baş vermiş yanacaq sisterninin partlaması nəticəsində azı 35 nəfər həyatını itirib, 46 nəfər isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" nəşri məlumat yayıb.
Hadisə Katça rayonunun Essa kəndində qeydə alınıb. Federal Yol Təhlükəsizliyi Korpusunun yerli bölmə komandiri Aişatu Saadu bildirib ki, partlayış bəzi sakinlərin benzin vurmağa çalışdığı zaman baş verib. Onun sözlərinə görə, xeyli sayda insan ağır yanıq xəsarətləri alıb.
Polisin ilkin araşdırmasına əsasən, qəzaya sürücünün avtomobilə nəzarəti itirməsi səbəb olub.