BAKI, 23 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyətindən məyusluq ifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Tramp danışıqların “bu mərhələdə olmasından” narazıdır və prosesin nəticəsiz uzanmasından narahatlıq keçirir.