AZ

Britaniyada bəzi hüquqşünas və mühasiblər üçün vergi artımı nəzərdən keçirilir

Azertag saytına istinadən ain.az xəbər verir.

London, 23 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz gələn ay təqdim ediləcək dövlət büdcəsi çərçivəsində hüquqşünaslar, mühasiblər və həkimlər də daxil olmaqla bəzi peşə sahibləri üçün vergi artımını nəzərdən keçirir.

AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, bu dəyişikliklər məhdud məsuliyyətli tərəfdaşlıq (LLP) formasında fəaliyyət göstərən şəxslərə təsir edə bilər. Bu modeldə çalışanlar fərdi sahibkar hesab olunduqları üçün işəgötürənin milli sığorta haqlarını ödəməkdən azaddırlar. Yeni planda isə onlar üçün işəgötürənlərə tətbiq edilən 15 faiz dərəcəsindən bir qədər aşağı xüsusi ödəniş tətbiqi nəzərdə tutulur.

Noyabrın 26-da təqdim ediləcək büdcə öncəsi ekspertlər Reyçel Rivzin vergi artımına getməsini qaçılmaz hesab edirlər. Ölkədəki zəif iqtisadi proqnozlar və sosial xərclərlə bağlı artan təzyiqlər hökumətin maliyyə qaydalarına əməl etməsini çətinləşdirir. R.Rivz artıq bir neçə dəfə bəyan edib ki, vergi yükü daha çox imkanlı şəxslərin üzərinə düşməlidir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
azertag.az

2Mənbələr