AZ

Tunis sahillərində miqrant qayığı batıb, azı 40 nəfər ölüb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qahirə, 23 oktyabr, AZƏRTAC

Tunis sahilləri yaxınlığında qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində azı 40 nəfər həyatını itirib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, qayıqda ümumilikdə 70 miqrant olub və onlar qeyri-qanuni yolla Avropaya keçməyə cəhd ediblər. Hadisə nəticəsində 30 nəfər xilas edilib.

Qeyd edək ki, son illərdə Şimali Afrika sahilləri Avropa İttifaqının cənub sahillərinə qeyri-qanuni miqrasiya cəhdlərinin əsas marşrutlarından birinə çevrilib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu kimi miqrant axınları zamanı qayıqların batması nəticəsində minlərlə insan həyatını itirib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
6
azertag.az

7Mənbələr