AZ

Yerdə bütün canlılar bu tarixdə məhv olacaq

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1 milyard ildən sonra dünyada bütün canlılar məhv olacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qənaətə NASA ilə əməkdaşlıq edən yaponiyalı alimlər gəliblər.

Onların mülahizələrinə görə, Günəşdə getdikcə temperatur və işıqlılıq artacaq ki, bu da Yer atmosferinin dağılmasına və okeanların buxarlanmasına gətirib çıxaracaq.

Nəticədə Yerdə həyat tamamilə məhv olacaq.

Qeyd edək ki, NASA-nın başqa bir qrup alimi sözügedən prosesi ləngitməyin mümkün olduğunu bildirib. Belə ki, onlar insanların yüksək texnologiyalar sayəsində  Günəşdən gələn fəsadların qarşısı ala biləcəklərini bildiriblər.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
525.az

1Mənbələr