AZ

Maquayr Premyer Liqada ən yaxşı futbolçu seçildi

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr İngiltərə Premyer Liqasının VIII turunun ən yaxşı futbolçusu seçilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Premyer Liqa rəsmi saytı məlumat yayıb.

Bazar günü Maquayr “Liverpul”la keçirilən matçda 90 dəqiqə meydanda olub. “Mançester Yunayted” səfərdə 2:1 hesabı ilə qalib gəlib və məhz Maqvayr matçın sonlarında qələbə qoluna imza atıb.

Qeyd edək ki, 32 yaşlı futbolçunun “Mançester Yunayted”lə mövcud müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub. Həmçinin yayılan məlumatlara görə, Maqvayr əmək müqaviləsini uzatmaq üçün maaşında ixtisara getməyə hazırdır.

Seçilən
21
90deqiqe.az

1Mənbələr