AZ

Amerikalı general: Tramp Ukraynaya qoşun göndərməlidir

BAKI, 22 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Amerika qoşunlarını Ukraynaya göndərməli, həmçinin NATO müttəfiqlərindən olan qoşunların yerləşdirilməsinə razılıq verməlidir.

Teleqraf xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan briqada generalı Stiven Anderson CNN telekanalına bildirib.

"Vladimir Putin mahiyyətcə kağız pələngdir. Onun ordusu səmərəsizdir. Yəni, onlar ilbiz kimidirlər. Onlar üç il yarım əvvəl Ukraynanın şərq sərhədindən daha da irəliləyə bilərdilər və indiyə qədər Polşada olardılar. Onun ordusu indi heydən düşüb. ABŞ Zelenskini dəstəkləməlidir, bizim hamımız üçün döyüşən Ukraynanı dəstəkləməlidir", - o deyib.

Anderson əlavə edib ki, Tramp “Tomaqavk” qanadlı raketlərini Ukraynaya ötürməlidir. O həmçinin hesab edir ki, Birləşmiş Ştatlar Amerika əsgərlərinin və digər NATO ölkələrindən olan şəxsi heyətin Ukraynada Amerika hərbi texnikasına xidmət etmək üçün göndərilməsinə razılıq verməlidir.

Seçilən
12
teleqraf.com

1Mənbələr