AZ

Stavropolda hərbi hissənin yaxınlığında partlayış oldu - Ölən və saxlanılan var

Rusiyanın Stavropol şəhərində hərbi hissənin yaxınlığında partlayış baş verib. Nəticədə 1 qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, partlayışda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Həmin şəxsin partlayıcı qurğunu uşaq arabasında gizlətdiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə 247-ci qvardiya hava desant-hücum alayının yaxınlığında baş verib. Təhlükəsizlik qüvvələri hadisə yerinə girişi əngəlləyib.

Seçilən
99
publika.az

1Mənbələr