Rusiya prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasında keçiriləcək G20 sammitində iştirak etməyəcək.
Editor.az xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Kreml bu barədə Rusiya nümayəndə heyətinin rəhbərini vaxtında məlumatlandıracaq.
Qeyd edək ki, Yohannesburqda G20 sammiti 22-23 noyabr 2025-ci il tarixlərində keçiriləcək.
Peskov bundan əvvəl Putinin bu və ya digər şəkildə tədbirə qatılacağını açıqlamışdı.
//Samir Qurbanov, Editor.az