AZ

Luis Həmilton 2025-ci ilin ən populyar idmançısı oldu

40 yaşlı britaniyalı Formula-1 sürücüsü və yeddigünlük dünya çempionu Luis Həmilton 2025-ci ilin ən çox tələb olunan idmançısı seçilib.

90deqiqe.Az-ın məlumatına görə, bu göstərici "SportsPro" nəşri tərəfindən markanın gücü, iqtisadi təsir və ümumi hədəf bazarı kimi üç əsas amil üzrə qiymətləndirilərək müəyyən olunub.

 2025-ci il üzrə ən çox tələb olunan idmançılar siyahısında ilk onluq belədir:

Luis Həmilton — Formula-1

Simona Baylz — Atletika

Ilona Maher — Reqbi

Stefen Kerri — Basketbol

Kriştiano Ronaldo — Futbol

Neymar — Futbol

Keytlin Klark — Basketbol

Lebron Ceyms — Basketbol

Yannis Adetokunbo — Basketbol

Kori Qoff — Tennis

Siyahıda Formula-1 sürücüləri də yüksək yerləri tutublar. Məsələn, Şarl Lekler 25-ci, Lando Norris 41-ci, Oskar Piastri 64-cü, Andrea Kimi Antonelli 78-ci, Maks Verstappen 81-ci, Liam Looson isə 95-ci yerdə qərarlaşıb.

Seçilən
94
90deqiqe.az

1Mənbələr