AZ

Çexiya millisində müvəqqəti baş məşqçi bəlli oldu

Daha öncə bildirdiyimiz kimi, Çexiya Futbol Federasiyası 2024-cü ilin yanvarından milli komandaya rəhbərlik edən Qaşeki, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Farer adalarına 1:2 hesablı məğlubiyyətdən sonra vəzifəsindən azad edib.

Sportal.az xəbər verir ki, noyabrda keçiriləcək DÇ-2026-nın seçmə oyunlarında komandaya Qaşekin məşqçi heyətində yer almış 35 yaşlı Yaroslav Keştl rəhbərlik edəcək.

Qrup mərhələsinin son oyunlarında Çexiya San-Marino və Gibraltar ilə qarşılaşacaq. Komanda 7 oyundan 13 xal toplayaraq seçmə qrupunda 2-ci pillədə qərarlaşıb. Lider Xorvatiyadan (bir oyunu az keçirib) 3 xal geri qalır.

saytlarin hazirlanmasi

Seçilən
61
1
sportal.az

2Mənbələr