AZ

Avropada həyəcan çağırışı -

Almaniyada hər bir evin ehtiyat tədbiri olaraq 3-10 gün davam edəcək qədər gündəlik təcili yardım və ərzaq məhsulları olmalıdır. Metbuat.az xəbər verir ki, bu barədə "Böhran və Fəlakətlərə Hazırlıq" hesabatında bildirilib. Mülki Müdafiə və Fəlakətlərə Yardım üzrə Federal Ofisin dərc etdiyi hesabatda bildirilir ki, Almaniya dünyanın ən təhlükəsiz ölkələrindən biri olsa da, gündəlik rejimi pozan böhranlar və ya fəlakətlər baş verə bilər. Hesabatda ekstremal hava hadisələri, kiberhücumlar, dezinformasiya və təxribatların infrastruktura, ictimai rəyə və sosial birliyə təhlükə yarada biləcəyi qeyd edilib. Məlumatda deyilir ki, hətta müharibə ehtimalı bir neçə il əvvəl olduğu qədər mümkünsüz görünmür.

Hazırlanan broşürdə insanların böhran və fəlakət zamanı kömək gələnə qədər özlərinə qulluq etmək üçün evdə saxlamaları lazım olan su, qida, tibbi xidmət və gigiyena ləvazimatları sadalanır və onlara nə etməli olduqları izah edilir.

Seçilən
114
19
metbuat.az

10Mənbələr