AZ

"Qarabağ" cari mövsüm əsas mərhələdə ilk dəfə məğlub olub

Ajans.az xəbər verir ki, "San Mames" stadionunda reallaşan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hesabı Azərbaycan kollektivi açıb. 1-ci dəqiqədə Leandro Andrade fərqlənib. İspaniya klubunda isə Qorka Quruseta (40, 88) dubl müəllifi olub. Digər qolu Robert Navarro (70) vurub. Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ilk məğlubiyyətini alıblar. Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV turda, noyabrın 5-də Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edəcək.
Seçilən
54
Ajans.az

1Mənbələr