BAKI, 22 oktyabr. TELEQRAF
Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, "sarı-qırmızılar" əsas mərhələnin III turu çərçivəsində Norveçin "Budo/Qlimt" komandasını qəbul edib.
"Rams Park"da təşkil olunan görüş Okan Burukun rəhbərlik etdiyi kollektivin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
İstanbul təmsilçisinin qollarını Viktor Osimhenlə (3 və 33-cü dəqiqələr) Yunus Akgün (60), qonaqlardan isə Andreas Helmersen (76) vurub.
Bununla da "Qalatasaray" xallarının sayını 6-ya çatdırıb. "Budo/Qlimt"in iki xalı var.
Qeyd edək ki, "Qalatasaray" növbəti oyununu noyabrın 6-da Niderlandda "Ayaks"a qarşı keçirəcək.