BAKI, 22 oktyabr. TELEQRAF
Argentinanın xarici işlər naziri Xerardo Verteyn prezident Xavyer Tebas ilə amerikalı həmkarı Donald Tramp arasında görüşü tənqid edərək istefa verib.
Teleqraf xəbər verir ki, bu barədə "Nacion" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, istefa hələ rəsmi olaraq açıqlanmayıb.
Ağ Evdəki görüş zamanı Tramp bildirib ki, ABŞ-ın Argentinaya dəstəyi seçkinin nəticəsindən asılıdır və “Milley uduzsa, ABŞ hakimiyyəti Argentinaya səxavət göstərməyəcək”.