Bakı. Trend:
Vəkil Bəhruz Bayramova məxsus mənzildən oğurluq edilməsi iləbağlı polisə daxil olan müraciət araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov Trend-ə bildirib ki, polisəməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsindəoğurluq əməlini törətməkdə şübhəli bilinən Muradov Fariz Murad oğlusaxlanılıb.
Oğurlanan əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.