AZ

Sinner Vyana turnirində ikinci mərhələyə yüksəldi

Dörd qat “Böyük Dəbilqə” qalibi, dünyanın ikinci raketkası, italiyalı tennisçi Yannik Sinner Avstriyanın paytaxtı Vyanada keçirilən ATP-500 kateqoriyalı turnirdə ikinci mərhələyə yüksəlib.

90deqiqe.Az xəbər verir ki, turnirin ilk oyununda Sinner almaniyalı tennisçi Daniel Altmaieri (reytinqdə 51-ci) 6:0, 6:2 hesabı ilə darmadağın edib.

Qarşılaşma cəmi 59 dəqiqə davam edib. 

Vyana turnirinin ikinci mərhələsində Yannık Sinner həmvətəni Flavio Kobolli ilə qarşılaşacaq.

Seçilən
104
90deqiqe.az

1Mənbələr