BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikanda kilsə və katakomba qəbirlərin bərpasına maliyyə dəstəyi göstərməsi azərbaycanlı sosial media istifadəçilərinin tənqidi ilə qarşılanıb.
Mehriban Əliyeva 16-18 oktyabr tarixlərində 4 illik bərpa prosesindən sonra Vatikandakı Pavel Bazilikası və Kommodilla katakombalarının açılışında iştirak edib.
Tarixi abidələrin bərpası Heydər Əliyev Fondu tərəfindən maliyyələşib, fondun saytında qeyd olunub.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Video açılmırsa, YouTube kanalımızda baxın.
Lakin rəsmi mənbələrdə bərpa proseslərinə nə qədər vəsait xərcləndiyi barədə məlumat yoxdur.
"Öz milləti acından çöllərə düşür, bu kilsə təmir elətdirir", Azərbaycan Televiziyasının paylaşdığı həmin videolara sosial media istifadəçilərindən biri belə şərh yazıb.
Digər istifadəçi isə bildirib ki, bölgələrdə bəzi məscidlər xaraba qalıb, onları da təmir etmək lazımdır.
Natiq Qasımov adlı istifadəçi isə kəndlərdəki şəraitsizliyə diqqət çəkib: "Bizim kənddə nə qaz, nə su, nə xəstəxana, nə də yol var", - deyə sosial media istifadəçisi bildirib.
"Ölkə vətəndaşlarına aid pulları yeyin, dağıdın", - Həsən Əbilov adlı istifadəçi narazılığını belə bildirib.
"Mən başa düşə bilmirəm məscidlərimiz baxımsızlıqdan sökülüb dağılır, elə yerlərimiz var heç məscid yoxdur, elə yerlərimiz var tikilən məscidin inşasını saxlayırlar, elə yerlərimiz də var ki tikilən məscidləri sökürlər", - Seria adlı digər istifadəçi yazıb.
Hökumət mediaları Mehriban Əliyevanın Vatikanda tarixi abidələrin bərpasına maliyyə ayırmasını "humanitar diplomatiya" başlığı ilə yayımlayıb.
Fondun saytının yazdığına görə Birinci vitse-prezident çıxışı zamanı bundan sonra da Azərbaycanın Vatikanda aparılan bərpa işlərində daha fəal iştirak edəcəyini deyib.