AZ

Yəməndə İranın yük gəmisi ələ keçirilib, ekipaj üzvləri həbs edilib - VİDEO

Yəmənin Cənub Keçid Şurasının BƏƏ-nin dəstəklədiyi və Ədəndə yerləşən qüvvələri Bab əl-Məndəb boğazında İrana məxsus hərbi yük gəmisini saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azad İran məlumat yayıb.

Bəndər Abbasdan yola çıxan gəmi husilər üçün silah və mal daşıyırmış.

Gəminin 8 nəfərlik ekipaj üzvü həbs edilib.


Bizim.Media

Seçilən
15
1
bizim.media

2Mənbələr