Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.
Fransanın Lanqr şəhərindəki Deni Didro Muzeyi qarət edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Bildirilib ki, təxminən 90 min avro dəyərində 18-19-cu əsrlərə aid qızıl və gümüş sikkələr oğurlanıb.
Digər eksponatlar və sənət əşyaları toxunulmayıb. Məqalədə qeyd olunur ki, quldurlar muzeyin bazar ertəsi bağlanmasından istifadə edərək oktyabrın 19-dan 20-nə keçən gecə içəri giriblər.
Müstəntiqlər bunu diqqətlə planlaşdırılmış soyğunçuluq adlandırırlar.
Qeyd edək ki, Luvr soyğunçuluğu ötən bazar günü baş verib. Oğurlanan qızıl-zinət əşyaları sığortalanmayıb. Oğrular Apollon Qalereyasına girərək bir neçə dəqiqə ərzində doqquz tarixi əsəri oğurlayıblar. İlkin hesablamalara görə, oğurlanmış əşyaların dəyəri 88 milyon avro təşkil edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.