Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.
Xezerxeber.az-ın məlumatına görə, evə qayıdarkən yolu keçmək istəyən 2 iş yoldaşını maşın vuraraq öldürüb.
Onlardan birinin atası xəbəri eşidərkən infarkt keçirərək dünyasını dəyişib.
Ərazidə yaşayanlar deyirlər ki, həmin şəxslər Salyan rayon sakinləri olublar.
Sakinlərin sözlərinə görə, ərazidə bir piyada keçidi var. Onun da lifti işləmir. Həmin yolda isə avtomobillər sürətlə hərəkət edirlər.
Qəza ilə bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.