AZ

Paşinyan Əliyevə təşəkkür edib

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Nikol Paşinyan: "Ötən gün Prezident Əliyev bəyan edib ki, öz ərazisindən yüklərin tranzitinə qoyulmuş məhdudiyyəti aradan qaldırır. Bu, çox əhəmiyyətli açıqlamadır. Mən bu addıma görə Azərbaycan Prezidentinə öz minnətdarlığımı bildirirəm və onun bu bəyanatını alqışlayıram."

Ermənistan Baş naziri Nikiol Paşinyan bunu Tbilisidə keçirilmiş 5-ci İpək Yolu Forumundakı çıxışı zamanı bildirib.

Forumda Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edib.

Qazaxıstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, ilk dəfə olaraq Qazaxıstan taxılı Azərbaycandan keçərək Ermənistana çatdırılacaq.

O deyib ki, bu addım "Azərbaycanla Ermənistan arasında sülhün təkcə kağız üzərində deyil, praktikada da mövcud olduğunun yaxşı göstəricisidir".

Bu ilin avqust ayında Azərbaycan və Ermənistan liderləri Ağ Evdə Prezident Trampın vasitəçiliyi ilə sülh prosesini təsdiqləyən sənədə imza atıblar.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
84
bbc.com

1Mənbələr