ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 22 oktyabr, AZƏRTAC
Atlantik okeanında formalaşan və Karib hövzəsinə doğru irəliləyən "Melissa" tropik fırtınası yaxın 24-48 saat ərzində güclənə bilər.
AZƏRTAC-ın məlumatıma görə, fırtına ABŞ-ın materik hissəsindən uzaqlaşacaq. Ancaq qasırğanın Haiti, Dominikan Respublikası, Kuba və Yamaykada güclü yağış, şiddətli külək və həyati təhlükəsi olan torpaq sürüşmələrinə səbəb ola biləcəyi gözlənilir.
Atlantik okeanında qasırğa mövsümü noyabrın 20-nə kimi davam edir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.