AZ

Azərbaycan və Estoniya XİN rəhbərləri birgə mətbuat konfransı keçiriblərVİDEO

Azərbaycan avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmanın müsbət nəticələrini görməkdədir.

Xezerxeber.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bunlardan biri sentyabrın 1-də Minsk qrupunun ləğv olunmasına başlanılmasıdır. Digəri isə tranzit daşımaları ilə bağlıdır.

Nazir əlavə edib ki, Azərbaycan üzərindən Şərq-Qərb marşrutu ilə daşınan yüklərin həcmi 90 faiz artıb.

Ceyhun Bayramov onu da qeyd edib ki, Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər. Bu layihə nəticədə bütün region ölkələrinin iqtisadiyyatına müsbət töhfə verəcək.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna isə deyib ki, Azərbaycanla nəqliyyat əlaqələrinin genişləndirilməsində Avropa İttifaqı böyük rol oynayacaq. Nazir daha sonra Rusiya-Ukrayna müharibəsindən söz açaraq Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkür edib. Həmçinin bildirib ki, yaxın vaxtlarda Estoniya Azərbaycanda səfirlik açacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
121
xezerxeber.az

1Mənbələr