İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.
Tədbirdə rəsmi strukturların dəstəyi ilə iki ölkənin ekspert qrupları tərəfindən müzakirələr aparılıb.
Görüş 8 avqust 2025-ci il tarixli Vaşinqton Bəyannaməsi əsasında sülh gündəliyinə həsr olunub. İştirakçılar sülh prosesinin perspektivlərini, humanitar və iqtisadi əməkdaşlıq, etimad quruculuğu tədbirlərini müzakirə ediblər.
Səfər zamanı Azərbaycan nümayəndə heyətinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü keçirilib.
Tərəflər regionda davamlı sülh və qarşılıqlı anlaşma üçün birgə təşəbbüsləri davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.