AZ

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub (FOTO)

Bakı. Trend:

21–22 oktyabr tarixlərində Azərbaycan və Ermənistan ekspertcəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkəninrəsmi strukturlarının dəstəyi ilə Yerevanda ikitərəfli dəyirmi masakeçirilib.

Trend xəbərverir ki, dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, RusifHüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva,Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, NairaSultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci iltarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhunauyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib.

Görüş zamanı iştirakçılar iki ölkə cəmiyyətini narahat edənçoxsaylı mövzuları, o cümlədən Azərbaycan və Ermənistan arasındasülh prosesi perspektivləri, humanitar məsələlər, münasibətlərinnormallaşması şəraitində iqtisadi və logistika imkanları, habeləetimadın möhkəmləndirilməsi üzrə növbəti addımları müzakirəediblər. Qrupun birgə fəaliyyət planlarının hazırlanmasına vəperspektivlərinə xüsusi diqqət yetirilib.

Səfər çərçivəsində iştirakçılar həmçinin ErmənistanRespublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iləgörüşüblər.

İştirakçılar sosial qrupların, vətəndaş cəmiyyətiinstitutlarının, ekspert çevrələrinin və medianın da prosesə cəlbolunmasının vacibliyini vurğulayıblar.

Görüşün sonunda qrup qarşılıqlı etimadın möhkəmləndirilməsi vəregionda dayanıqlı sülhün əldə olunmasına yönəlmiş birgətəşəbbüsləri davam etdirməyə hazır olduğunu təsdiq edib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
19
12
az.trend.az

10Mənbələr