AZ

İsrail zərbələri “İslam Cihadı”nın rəhbər heyətini DARMADAĞIN ETDİ – FOTO

“İslam Cihadı” İsrailin zərbələrində yüksək rütbəli üzvlərini itirib.

İnterpress.az xəbər verir ki, “İslam Cihadı” təşkilatının yeni nümayəndəsi, özünü “Əbu Həmzə” kimi təqdim edən şəxs, Qəzza zolağında davam edən müharibə zamanı təşkilatın rəhbər heyətindən həlak olanların siyahısını açıqlayıb.

Onun sözlərinə görə, İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində yüzlərlə döyüşçü məhv edilib.

Həlak olanlar arasında ali komandanlığın 15 üzvü və “hərbi şura”nın bir neçə nümayəndəsi də var.

Bundan əlavə, “Əbu Həmzə” təşkilatın keçmiş rəsmi sözçüsü Əbu Saifin də İsrail hücumları nəticəsində öldüyünü təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
63
interpress.az

1Mənbələr