AZ

Stokholm bu təyyarələri Ukraynaya satacaq

İsveç hökuməyi Ukraynaya ən son model olan 120 Gripen təyyarəsi satmaq istəyir.

NOCOMMENT.az xəbər verir ki, TV4 Nyheterna məlumat yayıb.

Məlumata görə, Stokholmda səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski İsveçin baş naziri Ulf Kristerssonla hava imkanlarının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq etmək niyyəti haqqında məktub imzalayıblar.

Söhbətin uzunmüddətli əməkdaşlıqdanŞ 100-150 JAS 39 Gripen E təyyarələrinin istehsalından getdiyini vurğulayan baş nazir deyib: “Bu, 10-15 illik uzun səyahətin başlanğıcıdır”.

Zelenski təsdiqləyib ki, Ukrayna artıq Gripen pilotlarını hazırlayıb və hazırlamaqdadır. “Biz gələn il mümkün olan hər şeyi etməliyik ki, ilkin nəticələrə nail olaq. Hər şey edilməlidir ki, prosedurlar yaxın vaxtda yekunlaşsın”, – prezident əlavə edib.

Xatirə SADİQ

Seçilən
119
nocomment.az

1Mənbələr