AZ

İlon Mask: “Gələcəkdə insanların işləməsinə ehtiyac olmayacaq”

ain.az, Ayna saytına istinadən bildirir.

Amerikalı milyarder gələcəkdə robotların iş ehtiyacını aradan qaldıracağını bildirib

Amerikalı sahibkar və milyarder İlon Mask gələcəkdə insanların işləməsinə ehtiyac olmayacağını proqnozlaşdırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkə hesabında yazıb.

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri “Amazon”un 600 min işçisini robotlarla əvəz etməyi planlaşdırdığı xəbərinə cavabında "mən sizə işlərin yox olacağını söylədim və hamı güldü, isterik olduğumu söylədi" deyib. Mask, süni intellektin (AI) və robotların bütün işləri öz üzərinə götürəcəyini bildirib.

"İş lazımsız olacaq. Robotlar gələcəkdə insanlara öz ehtiraslarının arxasınca getməyə imkan verəcək. Tərəvəzləri mağazadan almaq əvəzinə yetişdirmək lazımdır”, - Mask qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
1
ayna.az

2Mənbələr