Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Qəzza zolağına yardımların daxil olmasını tamamilə əngəllədiyini və Qəzzada humanitar vəziyyətin fəlakətə çevrildiyini bəyan edib.
Busaat.az xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) İsrailin Birləşmiş Millətlər Təşkilatının (BMT) təşkilatlarına tətbiq etdiyi məhdudiyyətlərin hüquqi nəticələrini qiymətləndirən məsləhət xarakterli rəy verib.
Bəyanatda yer alan bəzi ifadələr var:
“İsrail Qəzza zolağında BMT-nin məktəb binalarına və səhiyyə obyektlərinə çoxsaylı hücumlar həyata keçirib.
İsrail yardımın Qəzza zolağına daxil olmasını tamamilə əngəlləyib və bu, Fələstin xalqı üçün fəlakətli nəticələrlə nəticələnib.
“Qəzza zolağında 366-sı BMT əməkdaşı olmaqla, azı 531 yardım işçisi həlak olub”.
Yeganə
 
                        