AZ

Beynəlxalq səyyahlar Laçın şəhərinə gəliblər

Beynəlxalq səyyahlar Laçın şəhərinə gəliblər.

 

Qonaqları Prezidentin Laçın şəhəri üzrə xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb.

 

Səyahətçilərə Laçın şəhəri haqqında məlumat verilib. Bildirilib ki, şəhər yenidən qurulub, məktəb, uşaq baxçası, səhiyyə ocaqları tikilərək sakinlərin istifadəsinə verilib. O da qeyd olunub ki, şəhər turist zonasına çevriləcək, həmçinin yollar genişləndiriləcək, dağlarda kanat quraşdırılacaq.

Tarix: 22 Oktyabr 2025, 17:54   
Seçilən
45
pravda.az

1Mənbələr