AZ

Beynəlxalq səyyahlar Laçına səfər edib - FOTO - YENİLƏNİB

Laçında səfərdə olan beynəlxalq səyyahlara rayon haqqında geniş məlumat verilib.

APA-nın yerli bürosu xəbər verir ki, qonaqları qarşılayan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında həyata keçirilən bərpa-quruculuq və yenidənqurma işləri, şəhərin və kəndlərin müasir tələblərə uyğun şəkildə yenidən salınması, eləcə də əhalinin məskunlaşdırılması prosesi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, qısa müddət ərzində Laçın şəhərinin 50 faizdən çox hissəsi, 3 kənd tamamilə yenidən qurularaq sakinlərin istifadəsinə verilib, 3600-ə yaxın vətəndaşın daimi məskunlaşması təmin olunub.

Həmçinin qeyd olunub ki, Laçında müasir infrastruktur formalaşdırılıb. Hazırda Laçın Beynəlxalq Hava Limanının, yeni xəstəxananın, üç məktəbin, iki uşaq bağçasının, həmçinin müasir standartlara cavab verən otel və restoranların, marketlər şəbəkəsinin fəaliyyəti təmin olunub, şəhərdaxili və kəndlərarası yollar salınıb.

Səyyahlar daha sonra Laçın şəhəri ilə yaxından tanış olublar. Onlar Heydər Əliyev küçəsində yerləşən “Gilabi Ceramics” emalatxanasını və “Yurd” Qalereyasını ziyarət edərək, yerli ustaların yaradıcılıq nümunələrini maraqla izləyiblər.

***

17.00

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Xankəndi şəhərindən sonra Laçına gəliblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunan qonaqlar Laçın şəhəri ilə tanış olublar.

Beynəlxalq Beynəlxalq Beynəlxalq Beynəlxalq Beynəlxalq Beynəlxalq Beynəlxalq
Seçilən
53
1
apa.az

2Mənbələr