AZ

Naxçıvanda piyadanı vurmamaq üçün manevr edən sürücü qəza törətdi - VİDEO

Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən "Bakı Konqres Mərkəzi" MMC xidməti minik avtomobillərinin alınması ilə bağlı tender elan edib.

Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, satınalma üzrə ümumi ehtimal olunan dəyər 2 milyon 387 min manat təşkil edir.

Tender çərçivəsində E-seqment (Full-size) və D-seqment (Mid-size) sinifli hibrid mühərrikli xidməti sedan avtomobillərinin alınması planlaşdırılır.

Yeni xidməti avtomobillərin alınması "Bakı Konqres Mərkəzi"nin nəqliyyat parkının yenilənməsi, idarəetmə proseslərinin çevikləşdirilməsi və ekoloji baxımdan daha səmərəli avtomobillərin istifadəyə verilməsi məqsədini daşıyır.
 

Seçilən
37
avtosfer.az

1Mənbələr