AZ

Qərbi Kaspi Universitetinin dövlətə 17 min borcu var imiş

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qərbi Kaspi Universitetinin dövlət qarşısında vergi borcu üzə çıxıb.

Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, özəl təhsil müəssisəsinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunun yığıldığı məlum olub.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, bu borcun miqdarı 17 791.13 manat təşkil edir.

Qeyd edək ki, Qərbi Kaspi Universiteti 1991-ci ildə yaradılıb. Universitetin Qəyyumlar Şurasının sədri sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırovdur. Reyestrdə isə universitetin qanuni təmsilçisi Rəşad Hüseynqulu oğlu Bağırovdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
axar.az

2Mənbələr