Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrikada keçirilməsi planlaşdırılan G20 sammitində iştirak etməyəcək.
ONN media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Putin sammitdə şəxsən iştirak etməyəcək, lakin Rusiya nümayəndə heyəti yaxşı təmsil olunacaq. Sammitdə Rusiyanı kimin təmsil edəcəyi barədə isə öncədən məlumat veriləcək”, - Peskov bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta