Operativ MM saytına istinadən ain.az xəbər verir.
"Serbiya anti-Rusiya sanksiyaları tətbiq etmədən Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcək ".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) qəbul etdiyi qətnamədə deyilir.
Müvafiq qətnaməni iclasda iştirak edən 632 deputatdan 457-si dəstəkləyib. 103 üzv əleyhinə səs verib, 72 nəfər isə bitərəf qalıb.
Bundan əvvəl Serbiya hakimiyyəti bəyan etmişdi ki, Avropa Şurasının Rusiya qazının bütün alışlarını mərhələli şəkildə qadağan etmək qərarından sonra Serbiya demək olar ki, ümidsiz vəziyyətə düşüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.