“Azərbaycan, Xankəndi Konqres Mərkəzi” — bəlkə də sadə bir cümlə kimi səslənir, amma bu sözlərin içində tarix, qürur və qələbə yatır.
QHT.az xəbər verir ki, bu sözləri “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı bildirib. Onun sözlərinə görə, bu adı səsləndirərkən hər birimizin ürəyində minlərlə duyğu canlanır — şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı, xalqımızın səbr və inamı… Biz bu xoşbəxt anı yaşamaq üçün çox sınaqlardan keçdik, çox itkilər verdik, amma sonunda ədalət və haqq zəfər qazandı:
"Bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz böyük Qələbənin rəmzidir. Bu, Azərbaycan xalqının birliyinin, iradəsinin və gücünün təntənəsidir. Xankəndidə Azərbaycan səsi, Azərbaycan nəfəsi, Azərbaycan ruhu var! Bu torpaq artıq əbədi bizimdir, çünki bu qələbəni biz qanımızla, inamımızla, sevgimizlə yazdıq".