AZ

“Warner Bros. Discovery” satışa çıxarılır


“Warner Bros. Discovery” media şirkəti səhmdarlarının gəlirini maksimuma çatdırmaq üçün müxtəlif variantları araşdırdığını bildirib.
Yeniavaz.com
media şirkətin saytına istinadla xəbər verir ki, ehtimal olunan variantlar arasında 2026-cı ilin ortalarına qədər iki şirkətə bölünmək, bütün şirkəti satmaq və ya şirkətin ayrı-ayrı hissələrini, yəni “Warner Bros.” və/yaxud “Discovery”ni satmaq var.
“Warner Bros. Discovery” adları açıqlanmayan tərəflərdən bir neçə təklif aldığını da bəyan edib.
Bunun ardınca şirkət biznesinin hamısını və ya bir hissəsini satmaq planlarını rəsmi olaraq elan etmək qərarına gəlib.
Bu bəyanatdan sonra “Warner Bros. Discovery”nin səhmlərinin qiyməti 10% artıb.
Seçilən
60
yeniavaz.com

1Mənbələr