AZ

Çağatay Ulusoy Kıvanç Tatlıtuğ ilə qonşu oldu

Çağatay Ulusoy Kıvanç Tatlıtuğ ilə qonşu olduSon zamanlar Demet Özdemirlə birlikdə baş rolunu paylaşdığı "Eşref Rüya" serialındakı performansı ilə gündəmdə olan məşhur türk aktyoru Çağatay Ulusoy qazancını daşınmaz əmlaka yatırmağa üstünlük verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bölüm başına 3 milyon 500 min lirə (350 min manat) qazandığı bildirilən 35 yaşlı aktyor, yaxın dostu Kıvanç Tatlıtuğ kimi Lüleburqazda yerləşən, təbiətlə iç-içə olan kənd evinə sahib olub. İki mərtəbəli evin daxili dizaynını tamamilə öz zövqünə uyğun olaraq yeniləyən Ulusoy, evini təbii ağac detalları və rustik mebellərlə bəzəyib.

Ulusoyun çəkilişlərdən kənar vaxtlarında sevgilisi Aslıhan Malbora və dostları ilə bu evdə vaxt keçirdiyi bildirilir. Məlumata görə pizzaya olan sevgisi ilə tanınan aktyor, bağçasında daşdan xüsusi pizza sobası da qurdurub və aktyor dostlarına özü pizza hazırlayır və bu anlardan xüsusi zövq alır.

Seçilən
86
sonxeber.az

1Mənbələr