AZ

Yaponiyanın ilk qadın baş naziri Koreya kosmetikasından istifadə etdiyini etiraf edib

Yaponiyanın ilk qadın baş naziri olmuş siyasətçi Sanae Takaiçi mətbuat konfransı zamanı Cənubi Koreya kosmetikasından istifadə etdiyini və Koreya dramlarına baxdığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Jurnalistlərin gündəlik həyatına dair suallarını cavablandıran Takaiçi, Cənubi Koreya mədəniyyətinə marağını gizlətməyib və bildirib ki, bu məhsullar və seriallar onun həyatının bir hissəsinə çevrilib.

Siyasətçinin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Seçilən
71
1
operativmm.az

2Mənbələr