AZ

ABŞ İranla danışıqlarda şişirdilmiş tələblərdən əl çəkməlidir

Operativ MM saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ABŞ-nin həddindən artıq və əsassız tələblərinə sadiq qalması davam edərsə, Tehran Vaşinqtonla nüvə proqramı üzrə danışıqlara qayıtmayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

Əraqçi bildirib ki, “Amerikalılar öz acgöz siyasətlərindən əl çəkməsələr və əsassız tələblər irəli sürməyə son qoymasalar, biz danışıqlar masasına qayıtmayacağıq”.

Nazirin sözlərinə görə, ötən ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilmiş müzakirələr də daxil olmaqla, əvvəlki danışıqlar ABŞ-nin “həddindən artıq gözləntiləri” səbəbindən dayandırılıb və heç bir irəliləyiş əldə olunmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
1
operativmm.az

2Mənbələr