Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O bildirib ki, Azərbaycan bir sıra beynəlxalq enerji və logistik layihələrə imza atıb:
"Bu, həm ölkənin iqtisadi imkanlarının genişlənməsi, həm də siyasi mövqeyinin möhkəmlənməsi baxımından vacibdir. Eyni zamanda, bu layihələr Azərbaycanın bölgədə beynəlxalq tranzit məkanına çevrilməsinə və regional inkişafın sürətlənməsinə imkan yaradır".
Ekspert bildirib ki, digər tərəfdən, Azərbaycanın Qazaxıstan vasitəsilə Ermənistana daşınmaların icazə verilməsi, sülh proseslərinin gücləndirilməsi baxımından əhəmiyyətli addımdır və bu, Azərbaycanın maraqlarına uyğun gəlir:
"Belə tədbirlər ölkənin iqtisadi maraqlarının təmin olunmasına da xidmət edir. Son proseslər göstərir ki, Azərbaycanın diplomatik fəaliyyəti ölkəyə uğur gətirib və gələcəkdə ciddi perspektivlər vəd edir".
Əfsanə Kamal
Demokrat.az