AZ

Azərbaycanda 300 şirkət təsis edən iş adamlarına HÖKM OXUNDU

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham edilən iş adamları Emil Qulubəyov və Nəriman Laziminin məhkəmə araşdırması yekunlaşıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək hər iki təqsirləndirilənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə tərəfi isə müvəkkillərinə bəraət verilməsini istəyib.

Müşavirədən sonra məhkəmə hökmü elan edərək hər iki şəxs barəsində ittiham verilmiş Cinayət Məcəlləsinin 193-1.2.3-cü maddəsi sübuta yetirilmədiyi üçün bəraət verilib. Təqsirləndirilənlərin ittiham olunduğu CM-nin 179.2.3-cu maddəsi ilə cəza təyin edilərək Emil Qulubəyov 3 il 5 ay 25 gün, Nəriman Lazimi isə 7 il azadlıqdan məhrum edilib.

İttihama əsasən, təqsirləndirilən şəxslər 300-ə yaxın formal şirkət yaradaraq müxtəlif maliyyə əməliyyatları həyata keçiriblər.

Məlumata görə, Emil Qulubəyov "Spektr-R" MMC-nin rəhbəri olub. Şirkət 5 may 2017-ci ildə qeydiyyata alınıb, nizamnamə kapitalı isə 2 manat göstərilib.

Nəriman Lazimi isə "Kondor TS" MMC-nin rəhbəri kimi fəaliyyət göstərib. Bu şirkət 24 aprel 2010-cu ildə qeydiyyata alınıb və nizamnamə kapitalı 10 manat göstərilib.

Onların barəsində Cinayət Məcəlləsinin 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.3-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılaraq ittiham irəli sürülüb

İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb.

Seçilən
7
7
far.az

8Mənbələr