AZ

Moldova prezidentindən yeni parlamentə ÇAĞIRIŞ

Moldova prezidenti Maya Sandu qanunverici orqanın ilk iclasında çıxışı zamanı yeni parlamentin üzvlərini Moldovanın avropapərəst kursunu qətiyyətlə müdafiə etməyə çağırıb.

Busaat.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Moldovalılar sülh, inkişaf və Avropa yolunu seçdilər. 28 sentyabr 2025-ci il seçkilərində məsul qurumların görünməmiş səfərbərliyi və ictimai sayıqlığın artırılması sayəsində biz demokratiyamızı müdafiə etməyə nail olduq.

Bu səyləri davam etdirmək çox vacibdir ki, heç bir sonrakı seçki prosesi 3 həftə əvvəl olduğu kimi çirkli pullar və ya xarici təsirlərlə təhlükə altına düşməsin.

Mən sizi milli qanunvericilik bazasının Avropaya uyğunlaşdırılmasını təşviq etməyə və bu mandat çərçivəsində Avropa İttifaqına qoşulma haqqında Müqavilənin imzalanması üçün danışıqların irəliləməsi üçün zəruri qaydaların yüksək templə qəbul edilməsinə sadiq olmağa çağırıram”, – Sandu qeyd edib.

Yeganə

Seçilən
89
busaat.az

1Mənbələr