AZ

Azərbaycan ümumi dövlət xidmətləri üzrə xərclərini azaldıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlətbüdcəsindən ümumi dövlət xidmətlərinə 3,170 milyard manatxərclənib.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 191milyon manat və ya 5,7% azdır.

Qeyd edək ki, dövlət büdcəsinin xərcləri 2025-ci ilin 9 ayıərzində 24,668 milyard manat məbləğində icra edilib.

Seçilən
43
3
az.trend.az

4Mənbələr