ain.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
2022-ci ildə Finlandiya NATO-ya üzv olarkən Rusiya prezidenti Vladimir Putin Helsinkiyə bu addımın səhv olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Finlandiyanın keçmiş prezidenti Sauli Niinistö özünün “Təhlükəsizliyə gedən bütün yollar” adlı kitabında yazıb.
Niinistönün sözlərinə görə, o, Finlandiyanın alyansa üzvlüyü ilə bağlı məsələni Putinlə birbaşa və açıq şəkildə müzakirə edib:
“Düşünürəm ki, bunu da açıq şəkildə müzakirə etmək lazımdır. Ona görə də mən Finlandiyanın hazırda NATO-ya üzv olduğunu dedim”.
Keçmiş prezident qeyd edib ki, Putin bu məsələyə “təəccüblü dərəcədə sakit” yanaşıb. Lakin o, Helsinkinin Şimali Atlantika Alyansına qoşulmaqla səhv etdiyini vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.