AZ

Assosiasiya: Hotellər üzrə vahid və aydın qaydaların tətbiq edilməlidir

BAKI, 22 oktyabr. TELEQRAF

Aparılmış tədqiqatlar və analitik müşahidələr nəticəsində belə qənaətə gəlmək olar ki, yerləşdirmə ekosistemində - hoteller, hotel tipli müəssisələr və qısamüddətli kirayə seqmentləri üzrə - vahid və aydın qaydaların tətbiqinin vaxtı artıq çatıb.

Teleqraf xəbər verir ki, bu barədə DAİR Hotellər və Restoranlar Assosiasiyasının "Davamlı Turizmə doğru: Ədalətli Rəqabət üçün Vahid Yanaşma" adlı analitik məqaləsində qeyd edilib.

Məqalədə bildirilir ki, bu addım xidmət keyfiyyətinin qorunması, turist məmnuniyyətinin yüksəldilməsi və bazarda ədalətli rəqabətin təmin edilməsi baxımından vacibdir:

"Belə yanaşma sektorun şəffaflığını və məsuliyyət prinsipini gücləndirərək, bazarın dayanıqlı inkişafını təşviq edəcək.

Qısamüddətli kirayə bazarının dinamik inkişafı müsbət qiymətləndirilir, lakin tənzimləmə və nəzarət mexanizmlərində mövcud boşluqlar xidmət keyfiyyətinə və turist məmnuniyyətinə mənfi təsir göstərə bilər, rəsmi yerləşmə vasitələri üçün isə ədalətsiz rəqabət riski yarada bilər. Bazarın nizamlanması və şəffaf mexanizmlərlə işləməsi artıq strateji zərurət kimi qiymətləndirilməlidir.

"Qeyd etmək lazımdır ki, qısamüddətli kirayələr turistlər üçün daha çox seçim, fərqli təcrübə imkanı yaradır və əmlak sahibləri üçün legitim gəlir mənbəyi kimi çıxış edir. Lakin tənzimləmənin olmaması bəzi hallarda qaydaların yalnız bir qrupun maraqlarını qorumaq məqsədi daşıdığı təəssüratı yarada bilər ki, bu da ümumi ictimai dəstəyi zəiflədə bilər".

Seçilən
83
teleqraf.com

1Mənbələr